Özünü Elm və Təhsil Nazirliyinin yüksəkvəzifəli şəxsi kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Elməddin Bayramova hökm oxunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə mühakimə olunan Elməddin Bayramova 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Onun şübhəli şəxs kimi tutulduğu 2 gün və ev dustaqlığında saxlanıldığı 3 ay müddət verilən cəzadan çıxılaraq, üzərində qəti olar 3 il 2 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Elməddin Bayramovun cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. İş materiallarından aydın olur ki, Elməddin Bayramov özünü Elm və Təhsil Nazirliyinin yüksəkvəzifəli şəxsi kimi təqdim etməklə zərərçəkmişləri işə düzəltmə, təqaüdün bərpa edilməsi, təmir-tikinti işləri və s. adı ilə aldadıb. Onlardan aldığı pulların ümumi məbləği 100 000 manata yaxındır.