AZ

Si Modiyə "Fil-Əjdaha tanqosu" münasibətini təklif edir

Çin prezidenti Si CinpinHindistanla daha sıx əməkdaşlığa çağırıb və deyib ki, iki ölkə arasındakı münasibətlər "əjdaha-fil tanqosu"na - onların simvolik heyvanlarının rəqsinə bənzəməlidir.

Hindistanın NDTV televiziya şirkəti xəbər verir ki, o, bu barədə Hindistan prezidenti Draupadi Murmuya məlumat verib.

SİA-nın məlumatına görə, çərşənbə axşamı iki ölkə liderləri diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümü münasibətilə təbrik mesajları mübadiləsi aparıblar.

Bu, 2020-ci ildə Himalay sərhədində Çin və Hindistan arasında baş vermiş hərbi toqquşmadan sonra gərginliyin tədricən azaldığı bir vaxta təsadüf edir.

Si Cinpin vurğulayıb ki, qonşu ölkələr dinc yanaşı yaşamaq yollarını tapmalıdırlar. O, həmçinin əsas beynəlxalq məsələlər üzrə əməkdaşlığı və koordinasiyanı dərinləşdirməyə, eləcə də sərhədyanı rayonlarda sabitliyi birgə təmin etməyə hazır olduğunu bildirib.

Əli Babayev

Seçilən
110
50
sia.az

10Mənbələr