Yagelloniya Universitetinin polşalı alimləri ilk dəfə sübut ediblər ki, likenlər ekstremal şüalanma da daxil olmaqla Marsda olanları simulyasiya edən şəraitdə metabolik aktivliyi davam etdirə bilirlər.
Tədqiqat IMA Fungus elmi jurnalında dərc olunub.
Təcrübə sərt şəraitə davamlılığı ilə tanınan iki növ liken, Diploschistes muscorum və Cetraria aculeata ilə aparılıb. Beş saat ərzində onlar qırmızı planetdəki günəş aktivliyinə uyğun gələn temperaturun dəyişməsi, aşağı təzyiq və yüksək dozada rentgen şüaları ilə Marsa oxşar atmosferə məruz qalıblar.
Nəticələr alimləri təəccübləndirib: likenlərin göbələk komponenti, xüsusən də D muscorumda nəinki sağ qalıb, həm də metabolik aktivliyi, o cümlədən müdafiə mexanizmlərini saxlayıb. Bu, kosmik radiasiyanın Marsın səthini həyat üçün tamamilə yararsız hala gətirməsi ilə bağlı əvvəlki fərziyyələri təkzib edir.
"Biz ilk dəfə simbiotik orqanizmlərin Mars kimi mühitdə fəaliyyət göstərə biləcəyini göstərdik. Bu, həyatın sağ qalma hədləri haqqında anlayışımızı dəyişir və planetlərdə yaşamaq meyarlarına yenidən baxılmasını tələb edir", - tədqiqatın aparıcı müəllifi Kaja Skubala bildirib.
Təcrübə qısamüddətli olsa da, onun nəticələri əlavə tədqiqatlara ehtiyac olduğunu göstərir - məsələn, likenlərin uzun müddət Mars şəraitinə məruz qaldıqda necə sağ qalacağı.
Kəşf nüəllifləri vurğulayıblar ki, yerüstü ekstremofillər kosmosda potensial həyatı başa düşmək üçün açardır. Növbəti addım likenlərin real kosmosda necə davrandığını yoxlamaq üçün ISS-də və ya Mars missiyalarında təcrübələr olacaq./publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta