AZ

AFFA ilə “Barselona"nın nümayəndələri bir araya gəldi

"Barselona” nın Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre və klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfər çərçivəsində AFFA-da olublar.

Sportinfo.az xəbər verir ki, onlar AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə görüşüblər.

Görüş zamanı “Barselona”nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı fikir mübadiləsi aparılıb.

Dünya şöhrətli klubun nümayəndələri AFFA-nın baş katibinə xatirə hədiyyəsi təqdim ediblər.

Seçilən
31
2
sportinfo.az

10Mənbələr