AZ

“Bizim teatrımızın yükünü, sənət yolunu müəyyənləşdirən rejissorlara ehtiyac var” - ŞƏRH

Azərbaycan teatrı 2023-cü ildə 150 yaşını doldurub. Son illər ərzində kassaların qarşısındakı növbələr əvvəlki kimi dolub daşmasa da, teatr tənqidçiləri teatrın hazırkı dövründə inkişafa doğru addımlar atıldığını deyir. Teatrlar texniki baxımdan da tam şəkildə təmin olunub.

Bəs yaradıcılıq baxımından hansı problemlər mövcuddur?

Teatrşünas, Əməkdar İncəsənət Xadimi Məryəm Əlizadə MediaPost-a açıqlamasında vurğulayıb ki, aktyorluq bizdə heç vaxt problem yaratmayıb, axsayan tərəf həmişə rejissor sənəti olub:

alt

“Mənə elə gəlir ki, milli teatrımız özünün inkişafında doğru yoldadır, axtarışlar gedir. Görəcəksiniz ki, qəfil gənc nəsildən adlar çıxacaq. Sanki indi onlar bir ələkdən keçirlər. Heç şübhəm yoxdur ki, meydanda əsl istedadlılar qalacaq. Təbii ki, söhbət rejissor sənətindən gedir. Aktyorluq bizdə heç vaxt problem yaratmayıb, yəni teatrımızda istedadlı aktyorlar olub və bu heyətdən narazılıq eləməyə haqqımız yoxdur. Axsayan tərəf həmişə rejissor sənəti olub. 60-70-ci illərdə də, ondan sonra da bizim nəhəng rejissorlarımız olub və bu təbii ardıcıllıq heç zaman pozulmayıb. Amma say etibarilə az olub. Bizim teatrımızın yükünü, sənət yolunu müəyyənləşdirən rejissorlara ehtiyac var və inanıram ki, bu zaman zənciri heç vaxt qırılmayacaq”.

Fidan Ramazan

Seçilən
316
13
mediapost.az

10Mənbələr