AZ

Qışda xəstələnməmək üçün A və C vitaminləri ilə zəngin qidalar yeyin

Qışda immunitet sistemini gücləndirən qidalar haqqında məlumat verən diyetoloq Melike Aslıhan Kara immunitet sisteminə müsbət təsirləri bilinən A və C vitaminləri ilə zəngin tərəvəz və meyvələr, sink və dəmirlə zəngin qırmızı ət və qoz-fındıq, selenium və Omeqa-3 ilə zəngin dəniz məhsulları istehlak etməyi tövsiyə edib.

Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, mütəxəssislər bu dövrlərdə immunitet sistemini gücləndirən qidaların qəbulu ilə bağlı xəbərdarlıq edir.

Canlını xəstəliklərdən qoruyan, bədənindəki bütün yad və zərərli maddələri tanıyan və bu maddələri məhv etmək üçün mübarizə aparan reaksiyaların immun sistemi olaraq ifadə edildiyini deyən diyetoloq bu məlumatları paylaşıb:

"İmmun sistemi bədənə daxil olan hər bir maddəni skan edir, zərərlilərə qarşı ani müdafiə mexanizmi yaradır və insanı infeksiya və xəstəliklərdən qoruyur. Alkoqol, siqaret və dərmanların kifayət qədər istehlakı, kimyəvi preparatların qəbulu, sərbəst radikallara (radiasiya) məruz qalma, orqanizmin və ətraf mühitin təmizliyinə lazımi diqqət yetirilməməsi, havanın çirklənməsinə məruz qalma, qeyri-kafi məşq və ya hərəkətsizlik, artıq çəki, piylənmə, viral və bakterial infeksiya, nizamsız yuxu, qeyri-kafi günəş işığına məruz qalma və UV şüalarına məruz qalma, bədən istiliyinin tez-tez dəyişən temperaturlara məruz qalması immun sistemə zəzərlidir”.

Faydalı mikroorqanizmlər olan probiotiklər və fermentləşdirilmiş qatıq, ayran və kefir kimi probiotikləri ehtiva edən məhsullar da sağlam qidalanmada immunitet sistemini dəstəkləyir. Bundan əlavə, sarıkök, jenşen, beta-qlükan və Omeqa-3 yağ turşuları da immunitet sisteminə müsbət təsir göstərir: “Müsbət təsirləri olduğunu unutmaq olmaz, lakin hər qidada olduğu kimi, tövsiyyə olunan miqdarda istifadə edilməlidir”, - deyə diyetoloq bildirib.

Seçilən
342
16
aztibb.az

10Mənbələr