AZ

Ərdoğan Baydenlə Qəzza məsələsini müzakirə edib

Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Co Baydenlə telefonda danışıb.

Reyting.az
-ın xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı İsrailin Qəzzaya hücumları, İsveçin NATO üzvlüyü, “F-16” məsələsi və ikitərəfli əlaqələr müzakirə edilib.

Prezident Ərdoğan Qəzzada humanitar fəlakətin dayandırılması zəruri olduğunu və ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyini dayandırmasının tezliklə atəşkəsi təmin edə biləcəyini vurğulayıb.

Türkiyə prezidenti Baydenlə danışığı zamanı bölgədə daimi atəşkəsin təmin edilməsinin ABŞ-ın tarixi məsuliyyəti olduğunu bildirib.

Qeyd edək ki, telefon danışığı ABŞ liderinin təşəbbüsü ilə baş tutub.
Seçilən
555
11
reyting.az

10Mənbələr