AZ

AMB IFC ilə birgə layihələri müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında həyata keçirilən layihələr müzakirə edilib.

MediaPost xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Bu gün ölkəmizdə səfərdə olan IFC-nin Avropa, Latın Amerikası və Karib hövzəsi üzrə regional vitse-prezidenti Alfonso Garcia Moranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Görüş zamanı IFC-nin Azərbaycandakı fəaliyyəti, aramızdakı əməkdaşlığın cari vəziyyəti, həyata keçirilən layihələr və potensial əməkdaşlıq imkanları ilə bağlı məhsuldar fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Xəbərlər departamenti

Seçilən
20
3
mediapost.az

4Mənbələr