AZ

"Sumqayıt" "Səbail"ə qalib gəldi

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında 18-ci tur davam edir.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Turan Tovuz" "Araz-Naxçıvan"ı qəbul edib. Matçın 81-ci dəqiqəsində güclü küləyin təsirindən işıq dirəyi aşdığı üçün görüş yarımçıq dayandırılıb.Peşəkar Futbol Liqası, hakimlər və klubların təcili iclasından sonra matçın 24 dekabr (sabah) saat 12:00-da dayandırıldığı dəqiqədən etibarən davam etdirilməsi qərara alınıb. 

Saat 18:00-da isə "Sumqayıt" - "Səbail" görüşü başlayıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, tura ötən gün start verilib. Son 2 görüş isə dekabrın 24-də keçiriləcək.

Misli Premyer Liqası, 18-ci tur

23 dekabr

18:30."Sumqayıt" - "Səbail" - 1:0 

Qol: Adi Mehremiç, 70-avtoqol

"Kapital Bank Arena"

16:00."Turan Tovuz" - "Araz-Naxçıvan" - 2:1 (81-ci dəqiqədə yarımçıq dayandırılıb və oyun təxirə salınıb)

Qollar: Xəyal Nəcəfov, 7 (1:0), Bruno Qonçalveş, 16 (2:0), İsmail Azzaui, 58-pen. (2:1)

Tovuz şəhər stadionu

24 dekabr

16:00."Neftçi" - "Kəpəz"

"Neftçi Arena"

18:30."Zirə" - "Qarabağ"

Zirə İdman Komleksi

22 dekabr

16:00 "Qəbələ" - "Sabah" - 1:0

N Klublar O Q H M T-F X
1 Qarabağ 17 12 2 3 44-14 38
2 Zirə 17 8 5 4 13-9 29
3 Səbail 17 7 5 5 26-26 26
4 Araz-Naxçıvan 17 7 5 5 19-16 26
5 Neftçi 17 7 4 6 19-17 25
6 Sumqayıt 17 6 6 5 18-23 24
7 Sabah 18 6 4 8 25-22 22
8 Turan Tovuz 17 5 4 8 26-27 19
9 Kəpəz 17 3 5 9 11-27 14
10 Qəbələ 18 4 2 12 12-32 14
Seçilən
348
39
teleqraf.com

10Mənbələr