Bu gün səhər saatlarında Xarkov şəhərinin mərkəzinə endirilən zərbə zamanı Ermənistanın fəxri konsulluğunun yerləşdiyi binaya da ziyan dəyib.
KONKRET.az xəbər verir ki, bu barədə Axar.az məlumat yayıb.
Bildirilir ki, Xarkovun mərkəzinə atılan iki raketdən biri Ermənistan konsulluğunu da zədələyib.
Qeyd edək ki, yanvarın 2-də Rusiyanın raket hücumu nəticəsində 4 nəfər həlak olub, 92 nəfər yaralanıb.