“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müxtəlif mənbələrdən əldə edilən məlumatlar keçən ilin dekabrında COVID-19- yoluxma hallarının artdığını göstərir və bu, bayram dövründə izdihamın olması, eləcə də “JN.1” ştammının yayılması ilə bağlıdır.
“Dekabr ayında ÜST COVID-19-dan təqribən 10 min ölüm faktını qeydə alıb, noyabr ayı ilə müqayisədə xəstəxanaya yerləşdirilmələr 42%, reanimasiya şöbəsinə qəbullar isə 62% artıb. Lakin bu tendensiyalar sayı 50-dən az olan ölkələrin, əsasən Avropa və Amerika ölkələrinin məlumatlarına əsaslanır. Ancaq aydındır ki, digər ölkələrdə də artım olub, sadəcə, hələlik məlumat verilməyib”, - o bildirib.
ÜST baş direktoru həmçinin COVID-19-a qarşı ehtiyat tədbirlərini davam etdirməyə çağırıb.
“Ayda 10 min ölüm pandemiyanın pik nöqtəsindəki səviyyədən xeyli aşağı olsa da, bu qarşısı alına bilən ölüm səviyyəsi qəbuledilməzdir”, - o bildirib.
Qebreyesus hökumətləri epidemioji nəzarəti və ardıcıllığı davam etdirməyə, əlverişli və etibarlı testlərə, müalicələrə və peyvəndlərə çıxışı təmin etməyə çağırıb.
10Mənbələr
-
herbiand.azYeni qalaktika kəşf olundu ( 3265660)
-
medianews.azAlimlərdən xərçənglə bağlı XƏBƏRDARLIQ – 50 yaşdan aşağı insanlarda… ( 2875987)
-
musavat.comAlimlərdən xərçənglə bağlı XƏBƏRDARLIQ - 50 yaşdan aşağı insanlarda... ( 2875306)
-
bakuinform.agencyÜST: "Koronavirusla bağlı reanimasiyaya qəbul edilənlərin sayı artıb" ( 2824687)
-
ayna.azÜST: "Koronavirusla bağlı reanimasiyaya qəbul edilənlərin sayı artıb" ( 2824168)
-
demokrat.azÜST: Koronavirusla bağlı reanimasiyaya qəbul edilənlərin sayı artıb ( 2817931)
-
sonxeber.net“Gözəl ürəyə sahib olan insanı itirdik” ( 2690398)
-
news24.az“Gözəl ürəyə sahib olan insanı itirdik” ( 2690371)
-
milli.az“Gözəl ürəyə sahib olan insanı itirdik” ( 2690347)
-
ikisahil.azRassell Krou Tauerdə qohumunun başının kəsilməsi ilə öyündü ( 2687708)