İndiki mərhələdə Rusiyada prezident seçkiləri ilə bağlı seçki kampaniyasında 11 nəfər iştirak edir.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova məlumat verib.
O qeyd edib ki, onlardan səkkizinin namizədliyi partiyaları tərəfindən irəli sürülüb, üçü isə müstəqil namizəddir: “Artıq üç tam hüquqlu, rəsmi qeydə alınmış namizəd var: Leonid Slutski (LDPR), Vladislav Davankov (Yeni insanlar) və Nikolay Xaritonov (Rusiya Federasiyası Kommunist Partiyası)”.
Qeyd edək ki, 2024-cü ildə seçkilər Rusiya tarixində ilk dəfə olaraq üç gün ərzində - martın 15-dən 17-dək keçiriləcək.