AZ

Zelenski atəşkəsin əleyhinə olduğunu açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin münaqişədə atəşkəs elan edilməsinə qarşı olduğunu, atəşkəsin yalnız Rusiyanın xeyrinə olacağını iddia edib.

 

Sfera.az xəbər verir ki, Estoniyanın paytaxtı Tallinndəki təmasları zamanı çıxış edən Zelenski atəşkəsə qarşı olduğunu ifadə edərək, döyüş meydanındakı fasiləsini  uğursuz hesab etdiyini açıqlayıb.

 

Bununla belə, Zelenski vurğulayıb ki, bütün səylərinə baxmayaraq, Avropa Ukraynanın hərbi ehtiyatlarını artırmaqda uğurlu olmayıb:

 

“Biz NATO-ya üzvlük üçün başqa ölkələrdən daha çox iş görmüşük”.

 

Ukrayna ordusunun təkcə təlimlərdə deyil, həm də müharibədə NATO hərbi texnikasından istifadə etdiyini vurğulayan Zelenski Ukraynanın üzvlük üçün tam hazır olduğunu iddia edib. (Qafqazinfo)

Seçilən
299
41
sfera.az

10Mənbələr