AZ

Yeyənləri dəmir kimi güclü edən qidalar

Türkiyəli dietoloq Canan Karatay sağlamlıqla bağlı açıqlamaları ilə yenidən gündəmə gəlib. 

Yenisabah.az xəbər verir ki, 80 yaşlı Karatay yeyənləri dəmir kimi gücləndirən qidaları sadalayıb.

Həmin qidaları təqdim edirik:

AĞ KƏLƏM

Dünyanın ən sağlam qidalarından biri hesab edilən kələm C vitamini, folat, kalsium, maqnezium və kalium kimi qidalarla zəngindir. Aşağı kalorili və yüksək lif tərkibinə görə diyetlərdə də tez-tez istifadə olunur.

Ağ kələmdə immunitet sistemini gücləndirməyə kömək edən antioksidanlar və iltihab əleyhinə birləşmələr var. Mədə və həzm  üçün də faydalıdır. Tərkibindəki lif sayəsində həzm sistemini tənzimləyir və qəbizliyin qarşısını alır. Fitokimyəvi maddələr xərçəng hüceyrələrinin böyüməsini ləngidir və xərçəng riskini azaldır. Kələmdəki vitaminlər və minerallar dərinin nəm balansını qorumağa və dərinin daha sağlam görünməsinə kömək edir.

AĞ KƏLƏM TURŞUSU

Turşu kələminin dünyanın ən əhəmiyyətli tibbi tərkib hissələrindən biri olduğunu deyən Canan Karatay bu turşunun Alzheimer və xərçəng kimi həyati təhlükəsi olan xəstəliklərin, həmçinin qaraciyərin yağlanmasının qarşısını aldığını və qan şəkərini tarazlaşdırdığını bildirib.

Brokoli və kələm kimi tərəvəzlərin bağırsaq xərçəngi riskini azaldan molekullara malik olduğu deyilir.

İLİKLİ SÜMÜK SUYU

Hər səhər yuxudan duranda iliyi ilə birgə sümük suyu için. Bu həm immuniteti, həm də sümükləri polad kimi gücləndirir.

Bir stəkan sümük suyu və yarım limonun suyunu içdiyini deyən Canan Karatay qarışığına bir çay qaşığı kristal qaya duzu da əlavə edir. Səhər yeməyindən əvvəl bu qarışığı içməklə orqanizmin xəstəliklərə qarşı müqavimətini qoruduğunu deyən məşhur professor bunun hormonları nizamladığını və əzələ bağlarını gücləndirdiyini də əlavə edir.

ALMA SİRKƏSİ

Karatay sirkə təbii və düzgün hazırlandıqda təbiətdəki ən zəngin probiotik mənbələrdən biri olduğunu bildirir. Faydalı mikroorqanizmlər kimi tanınan probiotiklər bağırsaqlara təsir edərək bütün bədəni yeniləmək qabiliyyətinə malikdir. Alma sirkəsinin maddələr mübadiləsini gücləndirdiyini və xəstəliklərə qarşı müqaviməti artırdığını bildirən professor məhsulun təbii olmasını xüsusilə vurğulayır.

SARIMSAQ

Canan Karatayın bol yeyilməsini tövsiyə etdiyi qidalar siyahısında sarımsaq da var. Bağırsaqlarda faydalı bakteriyalar üçün lazımlı mühiti hazırlayan “prebiotik” tərkibi ilə seçilən sarımsağın tərkibində immuniteti gücləndirən “allisin” adlı maddə də var. Tərkibindəki "allisin" həm də infeksiyalara qarşı qoruyucu təsirə malikdir və təbii antibiotik təsirinə malikdir. Ona görə də onun müntəzəm istehlakı bir çox bakteriya və viruslardan qoruduğu kimi, xroniki xəstəliklər üçün də riski azaldan faktordur.

SOĞAN

Demək olar ki, hər yeməkdə olmasına baxmayaraq, tərkibindəki şəfanı almanın ən yaxşı yolunun çiy yeyilməsi olduğunu bildirən Karatay soğanın qovrulmasının əleyhinə olduğunu qeyd edib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
350
45
yenisabah.az

10Mənbələr