AZ

İlisuya 35 santimetr qar yağıb - FOTOREPORTAJ

Qax rayonunun İlisu kəndində qarın hündürlüyü 35 santimetrə çatıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qaxda ən çox qar rayonun ucqar Sarıbaş və İlisu​ kəndlərinə yağıb.

Ötən gecədən başlayan qar hələ də kəsməyib.

Qeyd edək ki, son günlər Azərbaycan ərazisində hava qeyr-sabit keçir, qar, sulu qar yağır.

Rayonlarda yanvarın 24-ü axşamadək yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR-da, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi aran) yağıntıların intensiv olacağı ehtimalı var.

Havanın temperaturu aran rayonlarında gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 13-18° şaxta, gündüz 5-10° şaxta olacaq. Yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yollarda görünüşün məhdudlaşacağı, 24-25-də gecə və səhər bəzi yolların buz bağlayacağı ehtimalı var.

Seçilən
307
50
report.az

10Mənbələr