AZ

Bakıda polisin qətlində təqsirləndirilən şəxslərə ömürlük cəza istənildi

Bakıda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin istintaqı yekunlaşıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fariz Rzayev ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxslərdən Rauf Hüseynov və Ceyhun İsayevin ömürlük, Ramin İsayevin isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.

Məhkəmənin növbəti iclası yanvarın 31-nə təyin edilib.

İttiham aktına əsasən, hadisə ötən il fevralın 11-i gecə saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb. Kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.

Seçilən
213
3
publika.az

10Mənbələr