AZ

Çində yenidən güclü zəlzələ olub

Çinin Qırğızıstanla sərhəddində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Episentri Çinin Aksu mahalından 146 kilometr qərbdə olan zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 23-də Çində 7,1 maqnitudalı zəlzələ baş verib.

Seçilən
279
3
sia.az

4Mənbələr