AZ

Rəsmi Bakı ümumilikdə Avropa Şurasından çıxma prosedurunu araşdırır – KİV


Yerli KİV yazır ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmək barədə qərarına rəsmi Bakı adekvat cavab vermək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, APA Azərbaycanın ümumilikdə Avropa Şurasından çıxma prosedurunun rəsmi Bakı tərəfindən araşdırılması barədə məlumat əldə etdiyini bildirir.
 “AŞPA-nın sözügedən qərarının qəbul olunduğu dünənki iclasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının Azərbaycanın Avropa Şurasının digər strukturlarında iştirakının dayandırılması anlamına gəlmədiyi qeyd olunsa da, Bakının mövqeyi fərqlidir.
Azərbaycan özünə qarşı bu haqsız və qərəzli münasibətlə barışmaq fikrində deyil və hazırda yalnız AŞPA yox, ümumilikdə Avropa Şurasından çıxma proseduru da rəsmi Bakı tərəfindən araşdırılır.
Eyni zamanda, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımaqdan imtina edə bilər”, - agentliyin məlumatında bildirilir.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin  bir il müddətinə Assambleyadan uzaqlaşdırılmasına dair qətnamə qəbul edib. Həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti də bəyanat yayaraq, AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldiklərini bildiriblər.
Seçilən
233
40
yeniavaz.com

10Mənbələr