AZ

Biləcəridə avtomobilin mühərrikini oğurlayan şəxs saxlanılıb

Bakıda “Mercedes” markalı avtomobilin mühərrikini oğurlanıb.

Daxili İşlər Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə Biləcəri qəsəbəsi ərazisində yerləşən avtoservislərin birində “Mercedes” markalı avtomobilin 2500 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Orxan Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
198
18
ikisahil.az

10Mənbələr