AZ

"Merkuri" BOKT cərimələnə bilər

"Merkuri" Bank Olmayan Kredit Təşkilatına cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, BOKT barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Prokotokola hakim Solmaz Mustafayevanın sədrliyi il baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Qeyd edək ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə

Seçilən
350
7
e-huquq.az

10Mənbələr