Bakı. Trend:
Fevralın 5-i saat 15:00-a olan məlumata əsasən ölkə ərazisindəarabir güclənən cənub-qərb küləyi müşahidə olunur.
Trend xəbər verir ki, bubarədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeronyarımadasında, eləcə də Qobustanda 21 m/s, Göyçayda 18 m/s,Sabirabadda 17 m/s, Şəki, Yardımlıda 16 m/s-dək güclənib.
Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanınhündürlüyü 2.4 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, NaxçıvanMR-da 7, Aran rayonlarında 14, dağlıq rayonlarda 4 dərəcəyədək istiolub.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın6-sı günün ikinci yarısınadək davam edəcək.