AZ

Erməni terroru nəticəsində həlak olan polis serjantı Asim Camalzadə dəfn olunub - YENİLƏNİB + FOTO

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Asim Camalzadə dəfn olunub.
 
Mərhumun nəşi Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
 
DİN-in əməkdaşı Namiq Həsənov mərhumun tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağını atası Knyaz Camalova təqdim edib.
 
12:10
 
Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis Asim Camalzadə ilə vida mərasimi keçirilib.
 
Asim Camalzadə ilə vida mərasimi onun vaxtilə yaşadığı evin - Sumqayıt şəhər 20-ci mikrorayon, ev 54-ün qarşısında olub.
 
Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Daxili İşlər Nazirliyinin əməkdaşları, Sumqayıt şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
 
Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.
Seçilən
120
48
moderator.az

10Mənbələr