AZ

Atası və anasından əvvəl bacısı və körpəsini də öldürüb

Bakıda qətl baş verən ailənin daha iki üzvünün öldürüldüyü məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

 

Xəbərə görə, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.

 

Qətlə yetirilən qız uşağının 5 yaşı olub.

Seçilən
145
23
modern.az

10Mənbələr