Bakı. Trend:
Bəşəriyyətə qarşı cinayətin törədildiyi və eynilə bu gün olduğukimi, dünyanın izləyici kimi qaldığı Xocalı soyqırımının 32-ciildönümüdür.
Trend xəbər verir ki, bu barədə Türkiyənin“Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar sosial mediahesabında paylaşım edib.
"Unutmadıq, unutmayacağıq. Şəhid qardaşlarımızı və bacılarımızırəhmətlə yad edirəm", - deyə o bildirib.
Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci ilfevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmişsovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayınıniştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Ermənitəcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbətikütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakinəsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Busoyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq həriki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.