AZ

Şahzadə Uilyamın gizli eşq yaşadığı deyilən qadın danışdı: Keyt Middltona yaxın dostu ilə xəyanət edir? - FOTO

Şahzadə Uilyamla münasibətdə olduğu barədə xəbərlər yayılan Rouz Hanberi adlı qadın susqunluğunu pozub.

Şahzadə Keyt Middlton və Şahzadə Uilyamın arasına girdiyi iddia edilən qadın bununla bağlı açıqlama verib.

Qeyd edək ki, şahzadə Keytin uzun müddət gözlərdən uzaq olması əri Şahzadə Uilyamın onu aldatması və Keytin də bunu öyrənməsi ilə əlaqələndirilib. Həmçinin bu söz-söhbətlər fonunda Keyt Middlton və Şahzadə Diananın eyni aqibəti yaşadığına dair də şərhlər verilib. Sosial media şəbəkələrində bir çox insan Şahzadə Uilyamı anası Dianaya xəyanət edən Kral Çarlzla müqayisə edib. Uilyamı Diananı Kamilla ilə aldadan atasına bənzədərək onu tənqid ediblər.

Məşhur televiziya xadimi Stiven Kobert tərəfindən də ikinci qadın kimi adı hallandırılan 40 yaşlı Rouz Hanberi Keyt və Uilyamın yaxın dostu kimi tanınır. Nəhayət, susqunluğunu pozmağa qərar verən və "Business Insider” nəşrinə danışan keçmiş model Rouz Hanberi yayılan xəbərləri təkzib edib.

O, kral ailəsi ilə yaxın münasibətlərinin keçmişdən bəri davam etdiyini deyib. "Deyilənlər tamamilə yanlışdır”, - deyə Rouz Hanberi bildirib.

Belə ki, onun nənəsi Ledi Elizabet Lambart 1947-ci ildə Kraliça Elizabet və Kral Filipin toyunda iştirak edib. Həmçinin Hanberi keçən ilin mayında Kral Çarlzın tacqoyma mərasimində iştirak edən şəxslərdən biri olub.

Xatırladaq ki, özündən 24 yaş böyük David Roksavakdan üç övladı olan Rouz Hanberinin şahzadə Uilyamla eşq macərası yaşadığı ilə bağlı şayiələr ilk dəfə 2019-cu ildə ortaya çıxıb. Daha sonra 2022-ci ildə "Deuxmoi” dedi-qodu saytı bir kral ailəsi üzvünün nikahdankənar münasibətinin ifşa olunmuş bir sirr olduğundan yazıb. Bundan sonra hamı bu kral ailəsi üzvünün Şahzadə Uilyam olduğunu düşünüb.

Britaniyalı jurnalist Omid Skobi də "Endgame” adlı son kitabında Şahzadə Uilyam və Rouz Hanberinin münasibətindən bəhs edib, lakin bunun sadəcə şayiə olduğunu vurğulayıb.

 

Mənbə: Haber Global



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
33455
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23982
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18547
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14784
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11585
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11262
Helikopterin qalıqları tapılıb
10832
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7661
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6852
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6272
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5627
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5430
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4545
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4310
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3812
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3257
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2825
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2299
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2129