ABŞ-ın hazırki lideri və keçiriləcək prezident seçkilərində namizəd Co Bayden yeddi əsas əyalətdən birində Trampı qabaqlamağı bacarıb və daha 5 ştatda reytinqini artırıb.
Bizim.Media xəbır verir ki, bu barədə “Bloomberg”in keçirdiyi sorğuda məlumat verilib.
Viskonsin ştatında Bayden Trampı bir xal qabaqlayıb. Pensilvaniyada keçən ay Trampın altı xal üstünlüyü əldə etməsindən sonra xallar bərabərləşib.
Qeyd edilir ki, bununla yanaçı, Bayden yeddi əsas ştatdan dördündə Trampdan geridə qalmaqda davam edir: “Arizona (Tramp üçün +5), Corciya (+7), Nevada (+2) və Şimali Karolina (+6)”.
Ümumilikdə, ştatlarda Trampın üstünlüyü 4 xaldır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta