AZ

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan “Kürdəmir” və “Göyçay-1 Əhali” ölçü qovşaqlarından, “Sığırlı” və Göyçay 2” ölçü qovşaqlarından qidalanan orta təzyiqli əhali qaz xətlərindən qaz təchizatının dayandırılması planlaşdırılıb.

“Azəriqaz”dan BAKU.WS-ə bildirilib ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Beyləqan-Horadiz” yüksək təzyiqli magistral qaz kəmərinin 54,5-ci km-də “Əhmədbəyli-Füzuli-Şuşa” avtomobil yolu ilə kəsişməsində təhlükəsiz əraziyə köçürülmüş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı bu gün saat 09:00-dan “Füzuli Diaqnostika” və “Füzuli-Horadiz” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılıb.

Həmçinin, paytaxtın Suraxanı rayonu ərazində "Suraxanı əhali" qaz xəttinin yeraltı hissəsində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Əmircan qəsəbəsinin Park küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, A.Rzayev küçəsində xəttin hündürlüyə qaldırılması və siyirtmələrin yenisi ilə əvəz olunması, Suraxanı QPM-də siyirtmənin yenisi ilə əvəz olunması, Suraxanı Mədən ərazisində KOB-29 proqramı ilə əlaqədar qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədilə bu gün saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Kürdəmir rayonunun (Kürdəmir şəhəri, rayonun 52 kəndi), Göyçay rayonunun (Göyçay şəhəri və rayonun 25 kəndi) bir hissəsinin eləcə də Füzuli rayonunun bir hissəsinin (Horadiz şəhəri, 13 kənd və 5 qəsəbə), Suraxanı rayonunun Bahar, Dədə Qorqud və Suraxanı qəsəbələrinin, eləcə də, A.Rzayev və X.Ələkbərov küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23095
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
14638
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14455
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11377
Helikopterin qalıqları tapılıb
9248
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8033
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7037
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6684
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5209
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4982
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4708
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4111
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3878
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3557
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2818
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2097
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1698
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1646
Azərbaycan nefti ucuzlaşdı
1632
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1360