AZ

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı - FOTO

Azərbaycanda bir sıra tibb müəssisələrində ixtisasına uyğun olmayan işlərdə çalışan, hətta cərrahiyə əməliyyatları edən həkimlərin olduğu barədə məlumat vermişdik.

Bu məsələ o qədər aktuallaşıb ki, artıq bir qrup peşəkar həkim diplomsuz çalışan həkimlərin siyahısını yayıb və aidiyyatı qurumları məsələylə bağlı tədbir görməyə çağırıblar. Bundan sonra Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bir çox kliniklarda yoxlamalar aparıb, aşkarlanan nöqsanlarla bağlı cərimələr yazıb.

Amma hansısa qüvvə müəyyən adamları, tibb müəssisələrini bu cərimələrdən qoruya bilir.



Məsələn, “Medicina”nın aşkara çıxardığı diplomu olmadan həm plastik-estetik, həm də LOR əməliyyatlar icra edən Fuad Abdullayevi. Məlum olub ki, bütün sosial şəbəkə profillərində plastik, estetik, LOR cərrah kimi özünü tanıdan Fuad Abdullayev əslində ixtisasca ümumi cərrahdır. O, 20 il ümumi cərrah kimi qarın boşluğu orqanları üzrə əməliyyatlar edib, Mərkəzi Dənizçilər Xəstəxanasında çalışıb.

Son beş ildir estetik cərrahiyyəyə tələbat olduğundan Fuad Abdullayev peşəsini dəyişib. Hazırda eyni vaxtda abdominoplastika, mammoplastikadan tutmuş burun əməliyyatlarına kimi hər cür əməliyyatlar edir.


Fuad Abdullayev Bakupost.az -ın əməkdaşının sualına dəqiq cavab verməyərək, cərrah olduğunu, LOR cərrahiyyə üzrə də ixtisaslaşdığını və 20 ilin həkimi olduğu üçün hər cür əməliyyatlar keçirməyə ixtiyarı olduğunu deyib. O qeyd edib ki, belə məsələləri qabartmaq yersizdir.

Bakupost.az məsələ ilə bağlı həm həkimin çalışdığı “Lanset Cərrahlıq klinikası”na, həm də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu göndərib.





“Lanset Cərrahlıq klinikası”nın baş həkimi Rahim Əliyevin imzasıyla sorğuya cavab olaraq bildirilib ki, Fuad Abdullayevlə bağlanan müqaviləyə xitam verilib, hazırda həmin klinikada çalışmır.

Eyni məzmunlu cavab Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən də gəlib. Bildirilib ki, klinikada yoxlama aparılıb və məlum olub ki, həmin şəxs artıq orada çalışmır.





Hər iki cavabdan görünür ki, Fuad Abdullayev “Lanset Cərrahlıq klinikası”nda işləyib. Amma hansı qanunla işləyib? Qanunsuz işlədiyi aşkarlandığı üçün hansı tədbirin görülməsi barədə də heç bir məlumat yoxdur.





İkinci və daha biabırçı fakt ondan ibarətdir ki, istər klinika, istərsə də Səhiyyə Nazirliyinin müvafiq qurumunun faktı gizlətməyə çalışdığı ortaya çıxıb. Çünki işdən çıxarıldığı bildirilən Fuad Abdullayev bu gün də “Lanset Cərrahlıq klinikası”nda fəliyyətini davam etdirir. Bunu klinikayla əlaqə saxlamaqla və ya da həkimin sosial şəbəkə profillərini izləməklə görmək olar.


Bəs görəsən, klinikanı cərimədən, həkimi işdən çıxarmaqdan kim qoruyub? Hansı güc bir həkimə görə Analitik Ekspertiza Mərkəzini yalan məlumat yaymağa məcbur edib?




Yeri gəlmişkən qeyd edək ki, “Lanset Cərrahlıq klinikası”nın direktoru Rahim Əliyev vaxtilə Səhiyyə Nazirinin müavini olub. Görünür, onun Analitik Ekspertiza Mərkəziylə “isti münasibətləri” hələ də davam edir.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38470
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24258
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19226
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14876
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14385
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11624
Helikopterin qalıqları tapılıb
11158
Abdullahianın cəsədi tapıldı - FOTO
8709
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7814
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6506
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5708
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4807
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4340
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3422
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3312
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2387