AZ

Joze Mourinyo milli komanda çalışdırmaq istəyindən danışdı

Məşhur portuqal mütəxəssis Joze Mourinyo milli yığma komanda çalışdırmasının mümkünkünlüyü barədə söhbət açıb.

Arena.az italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən, portuqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Milli komanda çalışdırmaq mənim məqsədimdir. Ola bilsin ki, komandanı dünya çempionatı, Avropa çempionatı və ya Amerika Kuboku, Afrika Kuboku ərəfəsində qəbul etmək. Amma bunun üçün iki il gözləməli olub-olmadığını bilmirəm… Bəlkə bir gün bu, baş verəcək”, deyə “Mour” müvafiq ehtimalın gerçəkləşməsini istisna etməyib.

Xatırladaq ki, Mourinyonun son iş yeri “Roma” olub. Cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.

Hazırda işsiz olan portuqal mütəxəssisin adı ara-sıra “Barselona” və “Bayern” də daxil olmaqla, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqası ilə əlaqələndirilir.

“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.

Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.

Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
1
arena.az

10Mənbələr