AZ

Mahmud Abbas ermənini nazir təyin etdi

Fələstin Muxtariyyəti yeni kabinetin formalaşdığını açıqlayıb. Prezident Mahmud Abbas cümə axşamı prezident fərmanı ilə yeni hökumətin tərkibini açıqlayıb.

Publika.az xəbər verir ki, Fələstin KİV-i “Wafa” qeyd edir ki, kabinetdə erməni nazir də təmsil olunur. Fələstinin yeni hökumətinin üzvlərindən biri Varsen Ağabekyandır. O, Fələstinin Xarici İşlər və Mühacir İşləri üzrə Dövlət Naziri təyin edilib.

Ağabekyanın 1958-ci ildə İordaniyada anadan olduğu bildirilir. O, Prezidentin Fələstində Kilsə İşlərinə Nəzarət üzrə Ali Komitəsinin üzvüdür. 1983-cü ildə ABŞ-ın İndiana ştatının Purdue Universitetində magistr dərəcəsi, Pittsburq Universitetində isə siyasi məsələlər üzrə doktorluq dərəcəsi alıb. 1988-2008-ci illərdə Qüds Universitetində dosent, sonra dekan vəzifəsində çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
37
Mənbələr
Şərh ()
Bağla