“Beşiktaş” “Bayer”in forvardı Patrik Şiki yayda transfer etmək istəyir.
İdmanxeber.az “TRT Spor”a əsasən xəbər verir ki, “qara-qartal” bu mövsümü unutdurmaq üçün yayda heyətini gücləndirmək istəyir. Bugünkü heyətdən bir çox oyunçuyla yollar ayrılacaq.
Çexiyalı forvard Avropa Liqasının 1/8 mərhələsində “Qarabağ”la görüşlərdə təmsilçimizə 2 oyuna 3 qol vurub.