“Ukrayna üçün ən yaxşı variant Qərblə Rusiya Federasiyası arasında “bufer zona”ya çevrilmək və təhlükəsizlik zəmanəti almaqdır”.
KONKRET.az xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban səsləndirib.
O qeyd edib ki, Ukraynanın coğrafi mövqeyini nəzərə almaq lazımdır:
“Rusiya Federasiyasının bilavasitə qonşuları kimi onlar üçün bufer zonaya çevrilmək və təhlükəsizlik zəmanəti almaq ideal variantdır. Əks halda ukraynalılar öz ölkələrini itirə bilər”, – deyə Orban əlavə edib.
Macarıstanın baş naziri həmçinin hesab edir ki, Rusiya heç vaxt Ukraynanın NATO-ya üzvlüyünə razı olmayacaq.
Burhan,
KONKRET.az