AZ

Peşə təhsili və dövlət-özəl tərəfdaşlığına dair regional forum keçirilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bərdə şəhərində Qarabağ, Şərqi Zəngəzur və Mərkəzi Aran iqtisadi rayonlarında peşə təhsili və dövlət-özəl tərəfdaşlığına dair regional forum keçirilib. 

Tehsil.biz xəbər verir ki, tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, Dövlət Məşğulluq Agentliyi, KOBİA və digər dövlət qurumlarının rəsmiləri, həmçinin sözügedən iqtisadi rayonlarda fəaliyyət göstərən özəl sektor nümayəndələri və peşə təhsil müəssisələrinin rəhbərbərləri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Bərdə Peşə Liseyinin infrastrukturu və maddi-texniki bazası ilə yaxından tanış olublar.  İştirakçılara mərkəzdə tələbələr üçün yaradılmış imkanlar, tədris olunan ixtisaslar haqqında ətraflı məlumat verilib. Qonaqların diqqətinə çatdırılıb ki, 1200-dən çox tələbənin təhsil aldığı müəssisədə, əsasən İKT, kənd təsərrüfatı, sənayenin digər sahələri üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir. Qeyd edilib ki, liseyin qarşısına qoyulan əsas məqsəd regionda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir.

Tədbirdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində işəgötürənlərlə peşə təhsili sistemi arasında əməkdaşlıq imkanları da geniş müzakirə olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərəmov bildirib ki,  Böyük Qayıdış prosesi regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır:” Bu proses çərçivəsində xüsusilə də işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tikinti, enerji, kənd təsərrüfatı və sənaye sahələrindəki işəgötürənlərlə qısa və uzunmüddətli kadr hazırlığı üçün yaxından əməkdaşlıq etməkdə maraqlıyıq”. Agentlik rəhbəri onu da qeyd edib ki, 2026-cı ilə kimi regionda 8 yeni peşə təhsil müəssisəsinin tikilməsi ilə yanaşı, 1000 nəfərin ixtisas artırma, 5000 nəfərin isə qısamüddətli təlimlərə cəlb olunması nəzərdə tutulub. Bu prosesdə Bərdə Peşə Liseyi mühüm rol oynayacaq.

Daha sonra regionda fəaliyyət göstərən dövlət və özəl işəgötürən təşkilatların nümayəndələrinin təklifləri dinlənilib. İşəgötürən qurumların nümayəndələri xüsusilə dual təhsil modeli əsasında peşə təhsil müəssisələri ilə işin qurulmasının hər iki tərəf üçün əlverişli olduğunu qeyd ediblər.

Xatırladaq ki, regional forumların keçirilməsində əsas məqsəd işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi perspektivlərinin müzakirəsidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
25
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23103
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
14653
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14455
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11381
Helikopterin qalıqları tapılıb
9268
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8041
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7037
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6688
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5209
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5008
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4725
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4115
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3878
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3557
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2818
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2097
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1698
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1646
Azərbaycan nefti ucuzlaşdı
1633
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1360