Bunu Moderator.az-a açıqlamasında Xalq artisti İlhamə Quliyevanın yaxını, köməkçisi Fatma Əliyeva deyib.
“İlhamə xanım heç kimə inanmırdı, güvənmirdi. O mənə o qədər sözlər danışıb. Onun haqqında yalan danışan insanların istəyirəm gedib gözlərini çıxarıb qoyum yerə. Öz doğmalarına demədiklərini mənə danışırdı. Hələ bir dəfə üstümə hirslənməyib, qışqırmayıb. Sonuncu dəfə Tolikin (Tarix Əliyev - red.) ad günündə olduq. 2-3 dənə mahnı da oxudu. Onu oxşayırdım, əzizləyirdim. Nə geyinirdisə, deyirdim ki, görün nə gözəl yaraşır sizə. Mən ona təmənnasız baxmışam, evinə dost kimi getmişəm. Mənə çox hörmət edib. Ömür boyu itirmərəm onun etdiyi yaxşılıqları”, - deyə Fatma xanım bildirib.
Fatimə Əliyeva onu da əlavə edib ki, İlhamə xanım var-dövlətindən ona da miras qoyacağını bildirib.
“Deyirdi ki, Fatya, mən dünyadan gedəcəyəm, o ev-eşiyi keçirəcəyəm sənin adına. Bank işçisi ilə də danışdı, dedi ki, Fatyanın sənədləşməsini edin, o mənə yiyə durub. Mən də deyirdim ki, var-dövlətini oğluna ver, Əli Mirəliyevə ver, onun qızı Samirəyə, dayın oğluna ver. Deyirdi ki, yox! Cümə günü getməli idik notariusa. Amma 2-ci gün dünyasını dəyişdi. Mən nə edirəm var-dövləti?! Ona görə ağlamıram ki... Ondan mənə Allahın bir yaylığı da qalmadı. O evdən ağlaya-ağlaya çıxdım. Səhərə qədər cənazənin yanında dil töküb ağlamışam. Buna bütün televiziyalar, sənəd yoldaşları da şahiddirlər”, - deyə o bildirib.
Fatma Əliyeva İlhamə Quliyevanın son saatlarını belə xatırlayıb:
10Mənbələr
-
paralel.az“Evə gələn zəng onu stresə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi” - İllərin sirri açılır ( 5208373)
-
olke.az“Evə gələn zəng onu stresə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi” - İllərin sirri açılır ( 5208016)
-
yenigundem.az“Evə gələn zəng onu stresə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi” ( 5205094)
-
musavat.comEvə gələn zəng onu stressə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi... - İllərin sirri AÇILIR ( 5198338)
-
konkret.az“İtini götür, atını da min get Danabaş kəndinə!” – Alim AMEA prezidentini “kəndxuda” adlandırdı ( 5195575)
-
sonxeber.net“Evə gələn zəng onu stresə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi...”- İllərin sirri AÇILIR ( 5195440)
-
milli.az“Evə gələn zəng onu stresə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi...”- İllərin sirri AÇILIR ( 5195002)
-
oxu.az“Evə gələn zəng onu stresə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi” - İLLƏRİN SİRRİ AÇILIR ( 5193670)
-
konkret.az“Evə gələn zəng onu stresə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi” ( 5193157)
-
demokrat.az“Evə gələn zəng onu stresə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi” — İLLƏRİN SİRRİ AÇILIR ( 5191717)