AZ

Rumıniyanın energetika naziri: “Avropa ölkələri üçün Azərbaycan qazına çıxış kritik zərurətdir” - MÜSAHİBƏ

Rumıniya və Azərbaycan enerji sektorunda, xüsusilə qaz təchizatı sahəsində sıx əməkdaşlıq edir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz” şirkəti arasında imzalanmış sazişlər hər iki ölkə üçün yeni perspektivlər açır. Qaz infrastrukturunun inkişafı tədarükün etibarlılığına zəmanət və Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verməyə imkan verir.

Son enerji sazişləri vasitəsilə Rumıniya etibarlı enerji mənbələrinə çıxış əldə edir, Azərbaycan isə öz bazarlarını genişləndirir və enerji bazarında əsas oyunçu kimi mövqeyini möhkəmləndirir. Ölkələrin tərəfdaşlığı ənənəvi enerji mənbələrindən asılılığın azaldılması və ekoloji cəhətdən təmiz olanlara keçid kimi ümumi məqsədlərə nail olunmasına da töhfə verir.

“Report” Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanın Cənub Qaz Dəhlizi (SGC) çərçivəsində ölkələr arasında əməkdaşlığı, elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsi layihəsi və bu layihənin təkcə Rumıniyanın özü üçün deyil, həm də Moldova üçün əhəmiyyəti, Azərbaycandan qaz nəqlinin həcminin artırılması imkanları və digər məsələlərdən bəhs edən müsahibəsini təqdim edir:

- Rumıniya SGC çərçivəsində Azərbaycanla əməkdaşlığı gücləndirmək üçün hansı konkret tədbirlər görür?

- Əvvəla, Rumıniya qazı keçid yanacağı kimi qətiyyətlə dəstəkləyir, bu da Avropanın əksər hissəsinin hazırda qaz istehlakını təşviq etmədiyi Avropa İttifaqında spesifik mövqedir, çünki o, həm də qalıq yanacaqdır. Lakin Rumıniyanın öz qaz ehtiyatları var və biz təbii qazı keçid yanacağı kimi irəlilətmə üçün hər cür səy göstəririk.

Dünya kömürdən imtina etməyə çalışır, amma biz qazdan imtina edə bilmirik, bəziləri isə etibarlı enerjiyə malik olduğu halda, nüvə yanacağından belə imtina etməyə hazır deyil.


Bizim Azərbaycanla Rumıniyanın “Transgaz” şirkəti səviyyəsində əməkdaşlığımız var və biz infrastrukturu inkişaf etdiririk. Bu, infrastrukturun sırf Rumıniyada olması mütləq deyil, çünki bizim Bolqarıstanda da kifayət qədər tranzit güclərimiz var. Deməli, Azərbaycandan təbii qaz tədarük edən mövcud infrastrukturun gücünün artırılmasına bir az sərmayə qoyularsa, Bolqarıstan vasitəsilə Rumıniyaya çata bilər. Sonra isə qazın Macarıstana tədarük ediləcəyi bir kəmərimiz olacaq.

- Azərbaycan və Rumıniya sizin ölkənin ərazisindən digər Avropa ölkələrinə qaz tranziti sahəsində əməkdaşlığın genişləndirilməsindən hansı faydalar əldə edə bilər?

- Əgər maddi qazancdan danışırıqsa, deməli, onlar əhəmiyyətlidir. Əvvəla, bu, hər iki ölkənin malik olduğu resursdur. Azərbaycanın Rumıniyadan qat-qat çox qazı var, lakin biz təbii ki, tranzitə kömək etmək üçün bu infrastruktura malik olmaq istəyirik.

Rumıniya üçün tranzit qazın tədarükündən əldə edilən gəlir deməkdir, Azərbaycan üçün isə təbii ki, yüksək alıcılıq qabiliyyətinə malik olan bazar deməkdir. Deməli, maddi qazancı ilə yanaşı, geosiyasi faydaları da var.

Avropa, o cümlədən Rumıniya etibarlı tərəfdaşlardan qaz tədarükü üçün alternativ variantlar axtarır, həmçinin Xəzər dənizindən Qara dənizə marşrutun yaradılması ideyasını irəli sürür.


Azərbaycandan Gürcüstanda, Qara dənizdə qazı qəbul edəcək mayeləşdirilmiş təbii qaz (LNG) terminalı, onu mayeləşdirəcək, Konstantsa limanına çatdıracaq, yenidən qazlaşdıracaq və borularla Avropanın qalan hissəsinə nəql edəcək.

- Rumıniyanın Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinin icrası hansı mərhələdədir? Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın iştirak etdiyi bu layihə ilə bağlı ümumi vəziyyət necədir?

- Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi üçün dörd ölkə - Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan layihə şirkəti yaratdı. Nəqliyyat operatorları birləşib hazırda texniki sənədləşmə paketini hazırlayan şirkətlə müqavilə bağlayaraq texniki-iqtisadi əsaslandırma üzərində işləyirlər. Bu həyata keçirildikdən sonra, bəlkə də altı aydan sonra, bəlkə də daha gec biz layihənin dəyərini, kommersiya nöqteyi-nəzərindən həyata keçirməyə ehtiyac olub-olmadığını, hansı mərhələlərdən ibarət olduğunu, nə qədər vaxt aparacağını və texniki cəhətdən nə qədər çətin olduğunu dəqiq biləcəyik.


- Güman edilir ki, bu kabel Azərbaycandan Gürcüstan və Qara dəniz vasitəsilə elektrik enerjisini Rumıniyaya, Macarıstana və digər ölkələrə nəql edəcək. Moldovanın gələcəkdə bu layihəyə qoşulması mümkündürmü?

- Moldova hələ də elektrik enerjisi istehsalında Dnestr çayı boyunca Moldovanın bir hissəsi olan Dnestryanıdan asılıdır. Bizim Moldova ilə elektrik xətlərimiz var, bu xətlər həmçinin Moldovanın cənubunda yerləşən Ukraynanın cənubundan və Qaqauziyadan keçir, yəni heçdə həmişə tamamilə təhlükəsiz olmayan ərazilərdən keçir. Biz ölkənin şimal hissəsində interkonnektor inşa edirik. Beləliklə, Qafqazdan əlavə elektrik enerjisi almaqla biz onu cənubda artıq mövcud olan və şimalda 2027-ci ilə qədər yaradılacaq bu müxtəlif sistemlərarası birləşdirici xətlər vasitəsilə istiqamətləndirə biləcəyik. Biz həmçinin Yassı şəhərindən Kişineuya qədər orta birləşdirici üzərində işləyirik.

- Rumıniyanın Azərbaycandan qaz tədarükü həcmini artırmaq planları varmı?

- Bu, yerli tələbatdan asılıdır. Qara dənizdə qazımız var. Nəzəri olaraq, Qara dənizdəki qaz 2027-ci ildə işə salınacaq “Neptune deep” layihəsi ilə tədarük ediləcək. Rumıniyada cari istehlak ildə təxminən 9,3 milyard kubmetr təşkil edir. Daxili istehsal təxminən 9-10 milyard kubmetrdir. Bu yolla təbii qaza olan təlabatımızı ödəyirik.


2027-ci ildə hasilatımız iki dəfə artmalıdır, odur ki, bəlkə ixrac üçün də bir az qazımız olacaq. Amma kim bilir? 2027-ci ilə qədər gübrə istehsalı və əczaçılıq üçün daha çox qaz istifadə edilə bilər. Növbəti bir neçə ilin necə keçəcəyini görəcəyik.

Amma təbii ki, Avropanın qalan hissəsi üçün Azərbaycan qazına çıxış, fikrimcə, kritik zərurətdir, çünki Rusiya qazına başqa təhlükəsiz alternativ yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
35875
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24079
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18858
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14848
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
12570
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11601
Helikopterin qalıqları tapılıb
11006
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7743
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6860
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6384
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5660
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5431
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4635
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4332
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3829
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3324
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3063
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2327
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2250