AZ

“Pley-off şanslarımız davam edir” – “Sərhədçi”nin baş məşqçisi

“Bu oyun mövsümün ən yaxşı oyunlarından biri oldu”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Sərhədçi” basketbol klubunun baş məşqçisi Evren Alkaya deyib. Türkiyəli mütəxəssis Azərbaycan çempionatının 16-cı turunda “Xırdalan”a 105:112 hesablı məğlubiyyətdən danışıb:

“İki komanda da hücum planında yaxşı idi. Əslində, hər şey bizim istədiyimiz kimi getdi. Bu oyunun hazırlıqları zamanı düşündüklərimizi meydanda göstərdik. 105 xal qazandıq və bu mövsümün rekordudur. Lakin 21 top itkimiz oldu. Bu da bizim məğlubiyyətimizə gətirib çıxardı. Statistikalarda rəqibdən daha yaxşı idik. Bütün periodlarda onlardan yaxşı olmuşuq. Amma çox bəsit top itkiləri uduzmağımıza səbəb oldu. Gücümüzü hər kəs gördü.

Edəcək bir şey yoxdur. Qarşıdakı oyunlarda daha yaxşı olmağa, istərsə çempionatda, istərsə də kubokda ən yaxşısını etməyə çalışacağıq. Pley-off şanslarımız davam edir. “Xırdalan” da yaxşı oyun keçirdi. Onları da təbrik edirəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
8
idmanxeber.az

10Mənbələr