AZ

Türkiyedə keçirilən bələdiyyə seçkiləri və nəticələri

Türkiyedə 2024-cü ilin 31 mart tarixində baş tutan bələdiyyə seçkiləri demokratik yetkinlik şəraitində keçirilib.

Siyasi rəqabətin seçkilərin nəticələri ilə müəyyən edilməsi Türkiyedə   demokratiyanın möhkəmlənməsinin yeni göstəricisi kimi qəbul edilməlidir. İştirak nisbətinin 78,55 faiz olduğu seçkilərdə CHP 14 böyük şəhər və 21 vilayətdə səslərin 37,76 faizini toplayaraq qələbə qazanıb. Bələdiyyə seçkilərində əldə olunan nəticənin bir çox cəhətdən Türkiye siyasətinə təsir etmək potensialına malik olduğu görünür. 

Əvvəlki seçkilərlə müqayisədə CHP-yə səs verən seçicilərin sayının 3,3 milyon artığı, Әdalәt vә İnkişaf Partiyasına verilən səslərin isə 4,2 milyon azaldığı müşahidə olunub. Görünən odur ki, DEM Partiyası ilə İYİ Partiyaya səs verən seçicilərin əksəriyyəti CHP-yə səs verib. CHP həm öz seçicilərinin səslərini, həm də yaxın partiyaların seçicilərinin dəstəyini toplayıb. Bu nəticələrlə bələdiyyə seçkilərində iqtisadi vəziyyətə reaksiyanın ön plana çıxdığını söyləyә bilәrik. CHP fərqli modellə də olsa 2019 və 2023-cü il ittifaqlarını seçicilərin gözündə qoruyub saxlaya bildi.

Böyük şəhərlərlə yanaşı, CHP-nin bəzi mühafizəkar Anadolu şəhərlərində də qələbə qazanması yeni reallığa işarə edir. CHP sədri Özəl seçki nəticələrinin “yeni siyasi mühitin qapısını açdığını” və  “bütün siyasi partiyalar üçün bir milad” olduğunu bildirib. Dəyişiklik iddiası ilə yola çıxan yeni CHP rəhbərliyinin bu fenomeni trendə çevirib-çevirməyəcəyini yaxın illərdə görəcəyik.

2023-cü ilin may ayında keçirilən prezident və parlament seçkilərinin qalibi olan Әdalәt vә İnkişaf Partiyası bələdiyyə seçkilərdə 12 böyük şəhər və 12 vilayətdə səslərin  35,48 faizini toplayaraq ilk dəfə ikinci pillədə qərarlaşıb. Bu, 2002-ci ildən bəri ilk dəfədir ki, baş verir. Seçkiyə qatılmayanların və etibarsız səslərin 15 milyona çatdığı bu seçkilərdə Әdalәt vә İnkişaf Partiyası gözlənilməz reaksiyası ilə üzlәşdi. Koronavirus pandemiyasından sonra iqtisadiyyatda dərinləşən problemlər və onların həllində irəliləyişin olmaması bu vəziyyətin ən böyük səbəblərindən biri kimi qiymәtlәndirilә  bilər. Bu problemlərin bir mənada 2023-cü ilin may və 2024-cü ilin martında keçirilən seçkilərə təsir etdiyi müşahidə olunur.

Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra etdiyi çıxışda 31 mart seçkilərini “son deyil, dönüş nöqtəsi” kimi xarakterizə edib. Milli iradəyə hörmətini bir daha nümayiş etdirən Rəcəb Tayyib Ərdoğan demokratiyanın üstünlüklərindən danışıb. O, Әdalәt vә İnkişaf Partiyasının yenilənmək və dərs almaq öhdəliyinə də işarə edərək, “cəsarətlə özlərini tənqid edəcəklərini” açıqlayıb.

Qarşıdakı 4 illik fəaliyyət dövründə də gərgin templə çalışmağa davam edəcəyini bildirən Rəcəb Tayyib Ərdoğan həm mümkün növbədənkənar seçki müzakirələrini aradan qaldırdı, həm də təşkilatının əhval-ruhiyyəsini yüksəltdi. Әdalәt vә İnkişaf Partiyası üçün “dönüş nöqtəsi”, CHP üçün isә “milad” olan bələdiyyə seçkiləri Türkiyenin 2028-ci ilə qədər çox aktiv bir dövr yaşayacağından xəbər verir.

Əgər hakim Әdalәt vә İnkişaf Partiyası yenilənməni təmin edərsə və gəlir bölgüsünü aşağı gəlirli insanların xeyrinə yaxşılaşdırarsa, reaksiya verən seçicilərinin səslərini yenidən toplayacaq. CHP isə bu seçkidə əldə etdiyi qələbəni möhkəmləndirmək üçün indi daha ağır siyasi yükün altındadır.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
33436
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23982
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18546
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14784
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11585
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11251
Helikopterin qalıqları tapılıb
10832
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7661
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6852
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6271
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5627
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5430
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4545
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4310
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3812
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3257
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2824
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2299
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2128