AZ

HƏMAS heyəti aprelin 7-də Qahirəyə gedəcək - KİV

HƏMAS heyəti Qəzzada vəziyyət ilə bağlı razılaşmanı müzakirə etmək üçün aprelin 7-də Qahirəyə gedəcək.Azadmedia.az xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb. Səfərin əsas məqsədi Qəzza zolağında atəşkəs və girovların mübadiləsinə dair sazişlərin bağlanması üçün gələcək fəaliyyətləri müzakirə etməkdir. Bu barədə hərəkat rəhbərliyinin nümayəndəsi məlumat verib.Belə ki, "Sabah, bazar günü HƏMAS nümayəndə heyəti Misir tərəfinin dəvəti ilə atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə yola düşəcək", - deyə HAMAS rəhbərliyinin üzvü deyib.Həmçinin onun sözlərinə görə, son bir neçə saat ərzində HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə vasitəçilər arasında “danışıqların bərpası ilə bağlı intensiv danışıqlar” aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
6
azadmedia.az

7Mənbələr