AZ

Oğuzda meşə kənarında silah-sursat aşkarlanıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki meşə massivinin kənarından biri yivli olmaqla, 2 ov tüfəngi və həmin silahlara məxsus 1000 patron aşkarlanaraq götürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, profilaktik tədbirlər zamanı isə rayon sakini olan şəxs atasından qalan sənədsiz tüfəngi könüllü olaraq polisə təhvil verib.

Seçilən
176
8
ekologiya.az

10Mənbələr