AZ

"Crocus"a hücum edən terrorçuların Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsi olub" - İstintaq Komitəsi

Rusiyanın Moskva vilayətində “Crocus City Hall”dakı terror aktını təşkil edənlərlə Ukrayna xüsusi xidmət orqanları arasında əlaqənin olduğunu müəyyənləşib.“Report” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib."İstintaq artıq terrorçuların əməlləri ilə bağlı əhəmiyyətli məlumatlar əldə edib. Bu məlumatlar onların Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsinə işarə edir”, - A. Bastrıkin söyləyib.Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev daha əvvəl terror aktının sponsoru kimi Fransa Prezidenti Emmanuel Makronu göstərib.


Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də bildirib ki, terror aktının izləri Ukrayna xüsusi xidmət orqanlarına aparır. O, konsert salonuna hücumun sifarişçisi və sponsorunun tezliklə müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti müstəqil deyil və tamamilə Amerika Birləşmiş Ştatlarının nəzarətindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
27790
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23727
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
17741
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14670
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11559
Helikopterin qalıqları tapılıb
10484
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
7706
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7518
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6837
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5955
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5541
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5369
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4367
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4260
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3746
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3161
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2455
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2258
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1931