AZ

Ötən ay dünyada ən isti mart kimi qeydə alınıb...

Avropa İttifaqının (Aİ) Kopernik peyk izləmə sistemi ilə aparılmış ölçmələrə görə, keçən ay qlobal miqyasda qeydə alınan ən isti mart ayı olub...Poliqon xəbər verir ki, Kopernik tərəfindən verilən açıqlamada keçən ayın orta səth hava istiliyinin 14,14 dərəcə olaraq ölçüldüyü bildirilib.Qeyd edilir ki, bu ölçü 1991-2020-ci illərin orta göstəricisindən 0,73 dərəcə, 2020-ci ildə qeydə alınan əvvəlki ən isti mart ayından isə 0,10 dərəcə yuxarı olub.Açıqlamada ötən ayın dünyada indiyə qədər qeydə alınan ən isti mart və son 10 ayın ardıcıl olaraq qeydə alınan ən isti ay olduğu qeyd edilib. Bildirilib ki, son 12 ayda (2023-cü ilin aprel - 2024-cü ilin mart ayları) qlobal orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,70 dərəcə yüksək olub.Kopernikdən verilən məlumata görə, 2024-cü ilin martında Avropada orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 2,12 dərəcə yüksək olub. Əsasən mərkəzi və şərq rayonlarında havanın temperaturu iqlim normasından yüksək qeydə alınıb.Avropadan kənarda Şimali Amerikanın şərqində, Qrenlandiyanın şərqində, Rusiyanın şərqində, Mərkəzi Amerikada, Cənubi Amerikanın bəzi hissələrində, Afrikanın bir çox yerlərində, Avstraliyanın cənubunda və Antarktidanın bəzi hissələrində temperatur orta səviyyədən yuxarı qeydə alınıb."İstiləşmənin dayandırılması istixana qazları emissiyalarının sürətlə azaldılmasını tələb edir", deyən Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktor müavini Samantha Burgess xəbərdarlıq edib.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
8
poliqon.az

10Mənbələr