AZ

C3S elan etdi: Dünya ən isti martını KEÇİRİB


7NEWS.az xəbər verir ki,  Qlobal istiləşmənin təsiri bütün dünyada artmaqda davam edir. Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) dünyanın ən isti martını yaşadığını açıqlayıb. C3S məlumatlarına görə, orta temperaturun 14,14 dərəcə Selsi səviyyəsində qeydə alındığı 2024-cü ilin mart ayı sənayedən əvvəlki 1850-1900-cü illərlə müqayisədə 1,68 dərəcə isti olub. Açıqlamada, son 10 ayın əvvəlki illərlə müqayisədə müvafiq olaraq temperatur rekordu qırdığı, mart ayında bitən 12 aylıq dövrün planetdə indiyə qədər qeydə alınan ən isti 12 aylıq dövr olduğu bildirilib. Açıqlamaya görə, 2023-cü ilin aprelindən 2024-cü ilin martına qədər qlobal orta temperatur sənayedən əvvəlki dövr orta göstəricisindən 1,58 dərəcə yüksək olaraq qeydə alınıb.
7NEWS.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
8
7news.az

7Mənbələr