“Avstriyadada Azərbaycan klubları izlənilir, “Qarabağ” tanınır”.
“Report” xəbər verir ki, bunu Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Azərbaycan yığmasına 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra deyib.
Almaniyalı mütəxəssis Azərbaycan çempionunun UEFA Avropa Liqasının qrup mərhələsində ölkəsinin “Bayer” klubu önündə şanslarını dəyərləndirib: “Qarabağ”la maraqlanırıq, Avstriyada məlumatımız var. “Bayer” indi yaxşı formadadır, Bundesliqada yaxşı nəticələri var. Xal alıb-almayacaqlarını zaman göstərəcək”.
Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında oyunlar oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda keçiriləcək.