AZ

PSJ Osimhen üçün 120 milyon avro ödəyəcək

PSJ yayda hücum xəttini yeni futbolçu ilə gücləndirəcək. Paris təmsilçisi “Napoli”nin forvardı Viktor Osimhenin transferini yekunlaşdırmaq üzrədir.

“Çelsi”nin də ciddi maraq göstərdiyi nigeriyalı üçün lazım olan transfer məbləğini ödəməyə Fransa təmsilçisi daha yaxın görünür. PSJ hücumdakı problemləri yoluna qoymaq üçün məhz Osimhenin keçidini vacib sayır.

PSJ nigeriyalı hücumçunun keçidi üçün İtaliya klubu ilə 120 milyon avroya razılıq əldə edib. Futbolçunun özü ilə şəxsi müqavilə razılaşdırıldıqdan sonra yayda transfer rəsmiləşəcək.

“Napoli” Osimheni 2020-ci ilin yayında “Lill”dən transfer edib. 25 yaşlı futbolçu bu mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
5
futbolinfo.az

4Mənbələr