AZ

OĞLU 20 MİN KREDİT GÖTÜRDÜ, HƏBSİNDƏN SONRA "KAPİTAL BANK" BORCU ANASINA "YÜKLƏDİ" - Gülnaz Hüseynova bank əməkdaşlarının onu aldatdığını deyir

Sumqayıt şəhərində yaşayan Hüseynova Gülnaz Həsən qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Xanım şikayətçi iddia edir ki, “Kapital Bank” onu aldadaraq 20 min manatlıq borc sənədəinə qol çəkdirib:
"Mən, Hüseynova Gülnaz Həsən qızı, yazaraq bildirirəm ki, rütbəcə polkovnik olan hərbçi həyat yoldaşım rəhmətə gedəndən sonra ondan qalan pensiyamı "Kapital Bank" qarşı saxtakarlıq edərək mənimsəyir.
Bildirim ki, 30.11.2018-ci ildə oğlum Hüseynov Feyzi Alı oğlu ilə “Kapital Bank” ASC arasında  kredit müqaviləsi bağlanmışdır. Bundan sonra oğlum bir müddət kredit öhdəliklərini yerinə yetirmiş və sonradan həbs olunduğu üçün ödənişləri məcburən dayandırmışdır.
Oğlum həbs ediləndən sonra “Kapital Bank” ASC-dən mənə zəng olundu. Dedilər ki, oğlumun adına olan borc ödənilməsə, işi daha da ağırlaşacaq. Bu səbəbdən də oğlumun adına olan borcun mənim adıma keçməsinə razılıq verdim. Amma borcun məbləğindən xəbərim olmadı. Belə ki, mənə oğlum adına 2 min manat kredit borcu qaldığı bildirilmişdi. Daha sonra məlum oldu ki, bank əməkdaşları yaşımdan və xəstəliklərimdən istifadə edərək, aldadıblar. Əlbəttə, mən oğlumun işinin ağırlaşmamsı üçün onun adına olan 2 min manatlıq kredit borcunu ödəməyə razılaşmışdım. Sonra biləndə ki, oğlumun adına olan borc 20 min manata yaxındır, artıq gec idi, çünki sənədə oxumadan qol çəkmişdim".
Gülnaz Hüseynovanın sözlərinə görə, oğlu 30.11.2018-ci ildə "Kapital Bank"dan ümumilikdə 19730 manat kredit götürüb. Təxminən 22 ay ödəniş edildikdən sonra o, həbs edilmiş və nəticədə bank qarşısında öhdəliyini yerinə yetirə bilməmişdir. Bu səbəbdən də, faiz borcları artmış və bu müddət ərzində ödənilən pullar cərimə kimi silinib və o, təxminən 2 il sonra yenidən banka 19730 manat ödənilməsi ilə bağlı öhdəliyə imza atıb: "Həyat yoldaşım vəfat edib, qızımın yoldaşı rəhmətə gedib, uşaqlara mən baxıram. Bundan əlavə, həbs olunan oğlumun da ailəsi mənim üstümdədir. Mən sizin sayt vasitəsilə “Kapital Bank” rəhbərliyindən xahiş edirəm ki, 30.11.2018-ci ildə oğlumla bank arasında olan müqavilə təsdiq edilsin, mənim adıma olan borc müqaviləsi isə ləğv edilsin.
Məsələ ilə bağlı bir dəfə məhkəməyə müraciət etmişəm, 2-ci dəfə də müraciət etməyi düşünürəm. Oğlumun adına olan borcu ödəmək üçün hər ay kartımdan 500 manata yaxın pul tutulur. Xəstə adamam, iynə-dərmanlarım, üzərimdə olan öhdəliklərim var. Həmin pulu ödəməkdə çətinlik çəkirəm".
Məsələ ilə bağlı “Kapital Bank” mövqeyini dərc etmək istəsək də, əlaqə saxlaya bilmədik.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38481
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24262
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19226
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14876
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14407
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11625
Helikopterin qalıqları tapılıb
11162
Abdullahianın cəsədi tapıldı - FOTO
8910
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7815
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6510
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5708
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4807
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4340
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3424
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3316
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2387