AZ

Britaniya və ABŞ-da “zombi narkotiki” yayılır

Böyük Britaniyada insanları zombilərə çevirən narkotikin yayılması ilə bağlı xəbərdarlıq edilib.

“Report” xəbər verir ki, bu barədə London Kral Kollecinin araşdırmasına istinadən Sky News telekanalı məlumat yayıb.

ABŞ-ın bəzi şəhərlərində yayılan “zombi narkotiki” olaraq adlandırılan güclü heyvan trankvilizatoru ksilazin indi İngiltərədəki qanunsuz narkotik bazarına yol tapıb. Ağ Ev artıq onu əhali üçün yeni təhlükə adlandırıb.

Böyük Britaniyada narkotikin ilk qurbanı 2022-ci ilin mayında Soliholldakı evində ölü tapılan Karl Uorburton olub. Onun bədənində heroin, fentanil, kokain və ksilazin aşkar edilib.

Dərmanı istifadə edən insanlarda tez-tez inyeksiya yerlərində dəridə yaralar və infeksiyalar əmələ gəlir. Nəticədə bədənin həmin yerləri çürüyür deyə, narkotik vasitəni “ət yeyən” ləqəbi verilib.

London Kral Kollecinin tədqiqatçısı Kerolayn Koupland deyir ki, narkotikin yayılması hər kəsi narahat etməlidir. Çünki bu trankvilizatorun zərərli təsirləri təkcə heroin istifadəçilərinə deyil, həm də daha geniş aludəçilərə təsir edə bilər.

K. Kouplend hökuməti ksilazin epidemiyasının qarşısını almaq üçün addımlar atmağa, o cümlədən test zolaqları və tibb işçilərini ksilazin istifadəsinin əlamətləri haqqında maarifləndirməyə çağırıb.

Əksər hallarda trankvilizator heroin və ya fentanil kimi güclü opioidlərlə qarışdırılır. Nəşr qeyd edib ki, bu yolla dilerlər orijinal dərmanın qiymətini aşağı salmağa və tələbatı artırmağa çalışırlar.

2022-ci ilin mayından 2023-cü ilin avqustuna qədər tədqiqatçılar İngiltərə, Şotlandiya və Uelsdə 35 ksilazin istifadə halını qeydə aldılar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
233
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14408
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11348
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9243
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3082
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2635
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2384
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2361
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2182
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1854
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1660
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1208
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
836
Azərbaycan nefti ucuzlaşdı
795
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
774
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
730
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
712
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
695
Arda Gülər dayanmır, yenə fərqləndi -
612