Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikası paytaxtda və regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
Rubrikada bu dəfə Yevlax Rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Elmi Veysəl oğlu Qədimovu oxuculara təqdim edəcəyik.
Elmi Qədimov 1988-1990-cı illərdə Odessa vilayətinin İvanov Rayon Xəstəxanasında həkim-cərrah, 1990-1999-cu illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri, 1999-2004-cu illərdə Yevlax RMX-da baş həkim, 2004-2009-cu illərdə Yevlax Rayon Aran Qəsəbə Xəstəxanasında baş həkim, 2009-2013-cü illərdə isə Yevlax RMX-da Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb. O, 2013-cü ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim-ümumi cərrah kimi fəaliyyətini davam etdirir.