AZ

Bakı Ali Neft Məktəbində SOCAR-ın “Gənc İstedadlar Proqramı”na seçilmiş tələbə və məzunlarla görüş keçirilib -FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) 40 tələbə və məzunu SOCAR-ın “Gənc İstedadlar Proqramı” və “Çalışan Tələbə Proqramı”na seçilib.

“İki sahil” xəbər verir ki, Proqram iştirakçıları ilə keçirilən görüşdə BANM-in rektoru Elmar Qasımov onlara uğurlar arzulayaraq SOCAR rəhbərliyinin yaratdığı bu imkandan faydalanmağı, müəssisələrdə Bakı Ali Neft Məktəbini uğurla təmsil etməyi, aktiv, öyrənməyə meyilli olmağı tövsiyə edib.

Görüşdə çıxış edən SOCAR-ın İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəis müavini Sadiq Sadıqov bildirib ki, BANM tələbə və məzunlarının proqramda iştirak etməyi və karyeralarına SOCAR-da başlamağı sevindirici haldır.

SOCAR-ın İnsan resursları şöbəsinin müdir müavini Həmid İsrafilov və insan resursları üzrə aparıcı mütəxəssis Aygün Qəniyeva iştirakçıların proqramın üstünlüklərindən yararlanacaqlarına əminliklərini bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
313
4
Mənbələr
Şərh ()
Bağla