AZ

ANS-in keçmiş aparıcısına vəzifə verildi

Fəaliyyəti dayanmış ANS televiziyasında aparıcısı işləmiş Rəşad Abbasov Təhsil TV-nin baş redaktoru vəzifəsinə təyin olunub.




R.Abbas buna qədər İnterAz televiziyasında da çalışıb.
Təhsil TV 2015-ci ildən Elm və Təhsil Nazirliyinin bir layihəsi kimi fəaliyyətə başlayıb. 2021-ci ildə isə Azərbaycan Respublikası Təhsil İnstitutunun təsisçiliyi ilə “TƏHSİL TV” MMC dövlət qeydiyyatına alınıb. Bu dövr ərzində yüzlərlə materiallar hazırlanaraq Təhsil Nazirliyinin, eləcə də Təhhsil TV-nin rəsmi saytlarında və sosial şəbəkə hesablarında təqdim olunub.
Azərbaycan Respublikası Audiovizual Şurasının 20 dekabr 2022-ci il tarixli qərarı ilə TƏHSİL TV​ kanalına peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
8
yenigundem.az

9Mənbələr