AZ

DÜNYA IB Məktəbinin şagirdləri 5 qızıl və 1 gümüş medal qazandılar

Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur - DÜNYA IB Məktəbinin şagirdləri 5 qızıl və 1 gümüş medal qazanıblar. 

 525.az xəbər verir ki, 19 Aprel 2024-cü il tarixində “Sabahın alimləri” XIII respublika müsabiqəsinin final mərhələsi keçirilib.

“Sabahın alimləri” respublika müsabiqəsi hər il ABŞ-də keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur. Müsabiqədə  ölkəmizin bütün regionlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edə bilərlər.

Bu müsabiqıdə şagirdlər 8 kateqoriya üzrə müsabiqədə iştirak edə bilirlər:

- Riyaziyyat;
- fizika, astronomiya;
- kimya;
- biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya);
- tibb və sağlamlıq;
- ekologiya, ətraf mühitin idarə olunması;
- mühəndislik;
- kompüter elmləri.

DÜNYA  IB Məktəbinin şagirdləri ənənəvi olaraq hər il olduğu kimi bu il də müsabiqədə iştirak edərək mövcud 8 istiqamətdən üçündə birinci yer və birində ikinci yeri tutublar.  

1. Əli Musayev. Elçin Həsənov. Fizika-Astronomiya. I yer. Qızıl medal 
2. Səid Aslanov. İbrahim Allahverdiyev. Biologiya. I yer. Qızıl medal.
3. Nicat Tağızadə. Komputer elmləri. I yer. Qızıl medal 
4. Əli Abdullayev. Mühəndislik. II yer. Gümüş medal.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
4
525.az

5Mənbələr